AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

  • + A
  • - A
  • 19-02-2021, 16:54


    Fevralın 18-də Ankarada keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda hər iki ölkənin KOB sahəsində əməkdaşlığı məsələlərinə də yer verilib.
    Hər iki ölkənin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub.
    Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində əməkdaşlığın Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin vacib istiqamətlərindən olduğunu, Agentliyin KOB-ların dəstəklənməsi və yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində qardaş Türkiyənin zəngin təcrübəsinə daim xüsusi əhəmiyyət verdiyini, bu sahədə KOSGEB və Türkiyənin digər aidiyyəti qurumları ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

    Birgə əməkdaşlıq çərçivəsində görülən tədbirlər barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə toxunaraq hər iki ölkənin KOB-ları arasında əlaqələrin təşviqi, birgə istehsal müəssisələrinin təşkili, hər iki bazar üçün mal və xidmətlərin təqdim edilməsi, eləcə də nəqliyyat-logistika və əlverişli coğrafi mövqe üstünlüklərimizdən istifadənin təşviqi istiqamətlərində tərəfdaş qurumların birgə səylərini gücləndirməsinin önəmini diqqətə çatdırıb.
    Biznes forum çərçivəsində KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR