“Dünya ictimaiyyəti buna göz yummamalıdır” - İlham Əliyev facebookdan çağırış etdi
Azərbaycan prezidenti İlham Əliyev ötən gün Ermənistan ordusunun Füzulidə dinc sakinləri qətlə yetirməsinə münasibət bildirib
Azərbaycan prezidenti "Feysbuk" səhifəsində 3 dildə - Azərbaycan, rus və ingilis dillərində qan içində uşaq maketi paylaşıb və dünyaya çağırış edib:
"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”.
Xatırladaq ki, ermənilərin təxribatı nəticəsində 2 yaşlı Zəhra ilə yanaşı, onun nənəsi 50 yaşlı Quliyeva Sahibə İdris qızı həlak olublar.