“BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin ətrafındakı vəziyyəti müzakirə etmək üçün bazar günü toplanacaq”.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində yazıb.
ABŞ səfiri Putinin köməkçisi ilə görüşə dəvət edilib
Bayden Putinlə Avropada iyun ayında görüşəcəyinə ümid etdiyini bildirib
ABŞ Avstraliyaya 2 mlrd. dollarlıq helikopter və tank satmağı planlaşdırır
"BMT Təhlükəsizlik Şurası İsrail və Qəzzadakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq. ABŞ gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək”, deyə Qrinfild bildirib.
Qeyd edək ki, bundan əvvəl, sözügedən məsələ ilə bağlı Çin, Norveç və Tunis BMT Təhlükəsizlik Şurasının cümə günü açıq toplantısını tələb etmişdi, lakin ABŞ tərəflərlə diplomatik təmasların davam etməsi şəraitində görüşün gələn həftənin əvvəlinə qədər təxirə salınmasını istəmişdi.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.