AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda patronlarla tutulan israilli – “Ümid edirəm ki, bazar günü məni buraxacaqlar”

  • + A
  • - A
  • 19-07-2019, 09:32

    Bakıda patronlarla tutulan israilli – “Ümid edirəm ki, bazar günü məni buraxacaqlar”

    Bakıda patronlarla tutulan israilliAzərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

    Virtualaz.org saytı məlumatına görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

    “Mən çox həyəcanlıyam. Mən ailəmi, demək olar ki, dörd aydır görməmişəm və artıq ümidimi itirməyə başlamışdım. Uzun müddət həbs cəzası çəkmək üçün burada qalacağımı düşünürdüm. Libermanın müdaxiləsi olmasaydı, çox güman ki, mən burada qalacaqdım və nə vaxt çıxa biləcəyimi heç kim deyə bilməzdi”, – deyə o, İsrail jurnalistləri ilə müsahibəsində bildirib.

    Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

    İsrail mətbuatının verdiyi məlumata görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

    “Mən çox həyəcanlıyam. Mən ailəmi, demək olar ki, dörd aydır görməmişəm və artıq ümidimi itirməyə başlamışdım. Uzun müddət həbs cəzası çəkmək üçün burada qalacağımı düşünürdüm. Libermanın müdaxiləsi olmasaydı, çox güman ki, mən burada qalacaqdım və nə vaxt çıxa biləcəyimi heç kim deyə bilməzdi”, – deyə o, İsrail jurnalistləri ilə müsahibəsində bildirib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR