AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qardaş ölkə ilə əməkdaşlığımız hər bir sahəni əhatə edir

  • + A
  • - A
  • 31-05-2021, 15:24



    Hər kəsə məlumdur ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmiş, özünün suveren dövlətini yaratmışdır. Hər zaman dost, qardaş xalqın dəstəyini hiss edən Azərbaycan bu gün də dövlətçilik yolunda bu qayğını böyük qardaşından ən yüksək səviyyədə görməkdədir. Tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etməkdə, möhkəmlənməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmışdır. Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçmişdir. İki ölkə arasındakı bütün sferalarda əməkdaşlıq inkişaf etməkdədir. Belə ki, bu gün təhsil sahəsində gələcək prepektivlər artıq müzakirə mövzusudur. Azərbaycanın eləcə də qardaş ölkənin təhsil səhəsində keçdiyi yolu təhlil edərkən, öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Şübhəsiz ki, keçmişini və bu gününü təhlil edərkən, təhsil tarixini mərhələlərə bölməklə müxtəlif zamanlarda hansı işlərin görülməsi və görülən bu işlərin təhsilimizin durumunda nə dərəcədə rolu olmasını daha aydın göstərmək olar. Türkiyə ilə Azərbaycana arasında peşə təhsilinin Azərbaycanda inkişaf etdirilməsi işlərinin planlaşdırılması bu günün reallığıdır deyə bilərik. Cənab Prezident İlham Əliyev “Buna çox ehtiyac var. Bu gün Azərbaycan böyük inkişaf səyləri ərəfəsindədir və yeni təlim keçmiş kadrların hazırlanması həm azad edilmiş torpaqlarda, həm də bütün ölkədə çox vacibdir. Buna görə də, azad edilən torpaqlarda həmin bölgələrin potensialına uyğun peşə məktəbləri yaradılması arzu olunandır. Türkiyənin təcrübəsi bizim üçün çox vacibdir". Bəli artıq məqsədlər tam aydındır. Bu istiqamətdə artıq yaxın zamanlarda əməli işlər görüləcəkdir. Texniki peşə, təhsil sisteminin əsas istiqamətlərindən biri olmaqla, cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Dövlətimiz bütün bunları nəzərə alır və təhsilin bütün sahələrinə diqqət və qayğı ilə yanaşır. Verilən dəstəyə görə bir tələbə kimi qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Bundan sonar güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır. Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Azərbaycan və Türkiyə müstəqilliyi əbədi, eyni zamanda dönməzdir.

    Telli İbadova
    Neftçala rayon gənci, tələbə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR