AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlər Kabinetinin rəsmisi Lütfi Zadəyə "fındıqbaş kişi" dedi

  • + A
  • - A
  • 8-09-2017, 11:42

    Nazirlər Kabinetinin rəsmisi Lütfi Zadəyə "fındıqbaş kişi" dedi














    Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

    “Qafqazinfo” bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında şok effekti verib. Akif Əlinin cavabını təqdim edirik:

    “Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

    Xatırladaq ki, Lütfi Zadənin vəfatı ilə bağlı ötən gün ölkə prezidenti və dövlət rəhbərliyi onun yaxınlarına rəsmi başsağlığı verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR