AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATƏT-in Minsk Qrupu Azərbaycanın erməni hərbçini azad etməsini alqışladı

  • + A
  • - A
  • 9-10-2021, 09:00

    ATƏT-in Minsk Qrupu Azərbaycanın erməni hərbçini azad etməsini alqışladı

    Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev bəyanat yayıblar.

    “Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilib ki, oktyabrın 7 və 8-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparılıb.

    Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

    Bildirilib ki, BMT Baş Assambleyasının iclasları çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü konstruktiv keçib.

    Bundan başqa, həmsədrlər Azərbaycanın bir erməni hərbçini azad etməsini alqışlayıblar, eləcə də, mümkün deeskalasiya və humanitar tədbirləri müzakirə ediblər.

    Qeyd olunub ki, köçkünlərin könüllü olaraq geri qaytarılması da gündəmdə olub.

    Həmsədrlər tərəflərlə işləmək niyyətlərini vurğulayıblar.

    Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın həmsədrlərin iştirakı ilə görüşə hazır olduqlarını bildirdikləri açıq bəyanatlarını müsbət qiymətləndiriblər.

    O da vurğulanıb ki, həmsədrlər tərəflərin belə bir görüşün detallarını əlaqələndirməyi səbirsizliklə gözləyirlər və prosesin növbəti addımlarını müzakirə etmək üçün yaxın gələcəkdə bölgəyə səfər etmək istəklərini bir daha ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR