Azadmedia.az TASS-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentində Rusiya silahlarının Latın Amerikasında mümkün yerləşdirilməsi ilə bağlı bəyanatları “boş təhdidlər” adlandırıb. Bu fikri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
“İndi bu boş təhdidlər kateqoriyasındadır, ona görə də mən hipotetik fərziyyələri nəzərdən keçirmək fikrində deyiləm. Amma yenə də belə bir şeyin həyata keçirildiyini görsək, qətiyyətlə reaksiya verəcəyik”, - deyə o şərh edib.
Xatırladaq ki, nir gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, o, təhlükəsizlik zəmanətləri üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə Kuba və Venesuelada Rusiya hərbi infrastrukturunun yerləşdirilə biləcəyini istisna etmir. Ryabkov həmçinin bildirib ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı əsas tələblərini yerinə yetirməyə hazır deyil.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.