Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirmək məcburiyyətində ola biləcəyini açıqlayıb.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
O bildirib ki, NATO-nun da eyni planı var.
Ryabkov qeyd edib ki, NATO-dan gözlədikləri təhlükəsizlik zəmanətini ala bilməsələr, Qərblə aralarındakı böhran daha da böyüyəcək:
“Problemin siyasi və diplomatik həllini tapmamaq cavabımızın hərbi və texniki xarakter daşımasına səbəb olacaq”.
Qeyd edək ki, Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilə 1987-ci ildə ovaxtkı ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov arasında imzalanıb. Müqavilə bu raketlərin Avropada istifadəsini qadağan edir. Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək müqaviləni tərk edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.