Dövlət Departamenti Rusiyadan Ukrayna sərhədləri yaxınlığında keçirilən təlimlərlə bağlı açıqlama tələb edib
Azadmedia.az rus kiv-lərinə istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Rusiya tərəfinin öz ordusunun Ukrayna sərhədi yaxınlığındakı manevrlərinin məqsədini açıqlamasını gözləyir.
Əks halda, Praysın fikrincə, Rusiya “hərbi təlimləri tamamilə dayandırmalıdır”.
Prays əlavə edib ki, ABŞ və Rusiya Federasiyası arasında təhlükəsizlik danışıqlarında irəliləyiş üçün “eskalasiya atmosferi” lazımdır.
Xatırladaq ki, Qərb ölkələrində və Kiyevdə “Rusiya Federasiyasının Ukraynaya mümkün müdaxiləsi haqqında” bəyanatlar səslənir. Moskva Kiyevə qarşı təcavüzkar hərəkət iddialarını rədd edir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Amerika tərəfi ilə Rusiya və Şimali Atlantika Alyansına üzv dövlətlər üçün təhlükəsizlik təminatları və təhlükəsizlik tədbirləri ilə bağlı sazişlər layihəsini açıqlayıb.
Yanvarın 10-da İsveçrədə təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Bu gün Brüsseldə NATO-Rusiya Şurasının iclasının keçirilməsi planlaşdırılır. Yanvarın 13-də danışıqlar ATƏT-in Vyanada yerləşən ərazisində baş tutacaq.
Tərcümə etdi: Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.