AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısına başsağlığı verib

  • + A
  • - A
  • 28-01-2018, 12:49

    Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısına başsağlığı verib














    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kabil şəhərində törədilmiş güclü patlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması ilə əlaqədar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
    “Ölkə.Az” xəbər verir ki, başsağlığında deyilir:

    Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü patlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

    Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir.
    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR