Yanvarın 8-dən etibarən Rusiyanın Milad bayramı çərçivəsində birtərəfli qaydada elan etdiyi atəşkəs rejimi artıq qüvvədə deyil. Ukraynada partlayışlar baş verib. Partlayışlar Kiyevin nəzarətində olan Zaporojye və Kramatorskda, həmçinin Xarkov vilayətində baş verib. Ukraynanın şərqində hava həyəcanı elan edilib.
Azadmedia.az xatırladır ki, Rusiya yanvarın 6-da Moskva vaxtı ilə saat 12:00-dan 8 yanvar saat 00:00-a qədər atəşkəs rejiminə riayət etməyə söz vermişdi. Rusiya prezidenti Vladimir Putin Kiyevə də eyni şeyi etməyi təklif etsə də, Ukrayna prezidenti Vladimir Zelenski bu təşəbbüsü rədd edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bir gün əvvəl, yanvarın 7-də Ukrayna silahlı qüvvələrinin atəşə tutulmasına baxmayaraq, atəşkəs rejiminə riayət etməkdə davam etdiyini bildirmişdi. Rəsmi Kiyev Moskvanı atəşi davam etdirməkdə ittiham edib.
Xarici kiv-lərin verdiyi məlumata görə gecə yarısına az qalmış Ukraynanın nəzarətində olan Zaporojyedə partlayışlar baş verib. Zaporojye vilayətinin Rusiya administrasiyasının baş şurasının üzvü Vladimir Roqov Telegram-da bildirib ki, döyüş əməliyyatları üçün istifadə olunan hərbi obyektlər və infrastruktur obyektləri hücuma məruz qalıb. Kiyevin təyin etdiyi Zaporojye şəhərinin rəhbərliyi qəsəbənin kənarında hücumların baş verdiyini təsdiqləyib.
Poltava, Dnepropetrovsk və Xarkov vilayətlərində hava həyəcanı elan edilib. Xarkov vilayətinin hakimiyyət orqanları partlayışlar barədə məlumat verib. Ukrayna mətbuatının məlumatına görə, partlayışlar Kramatorskda da baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.