AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı bərpa olunan enerji ilə bağlı məhkəməyə verib

  • + A
  • - A
  • 26-01-2023, 22:17

    Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı bərpa olunan enerji ilə bağlı məhkəməyə verib

    Avropa Komissiyası Bolqarıstan və Slovakiyaya qarşı iddia qaldırıb ki, bu ölkələrin hakimiyyət orqanları bərpaolunan enerji mənbələrindən istifadə qaydalarını öz qanunvericiliyinə daxil etməyib. Azadmedia.az xəbər verir ki, müvafiq bildiriş AK-nin saytında yerləşdirilib.

    Hər iki ölkə 2018-ci il Bərpa Olunan Enerji Direktivindən qaydaları yerli qanunlara köçürmədiyinə görə maliyyə sanksiyaları tələb etmək üçün Avropa Ədalət Məhkəməsində məhkəməyə verilib.

    Avropa Komissiyası qeyd edib ki, Aİ-yə üzv dövlətlər 30 iyun 2021-ci ilə qədər öz ölkələrinin qanunlarına dəyişiklik etməli idilər, lakin Bolqarıstan və Slovakiya hələlik heç bir tədbir barədə məlumat verməyib.
    Mənbə qetd edir ki, keçən ilin noyabrında Polşa hakimiyyəti Avropa Komissiyasına Lüksemburqdakı Avropa Məhkəməsinin gündə 1 milyon avro məbləğində cərimələrini dayandırmağı xahiş edən bəyanat göndərib. 2021-ci il oktyabrın sonunda Lüksemburq məhkəməsi Polşanı respublikanın Ali Məhkəmənin intizam kollegiyasının fəaliyyəti ilə bağlı hüquq normalarını dayandırmadığına görə Aİ-yə gündə 1 milyon avro cərimə ödəməyə məcbur edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR