AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyalı deputatdan 2024-cü il Olimpiadasını boykot etmək çağırışına SƏRT CAVAB

  • + A
  • - A
  • 31-01-2023, 02:03

    Rusiyalı deputatdan 2024-cü il Olimpiadasını boykot etmək çağırışına SƏRT CAVAB

    Cüt konkisürmə üzrə üçqat Olimpiya çempionu, Dövlət Dumasının deputatı İrina Rodnina Rusiya və Belarus idmançılarının yarışmasına icazə veriləcəyi təqdirdə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot etməyə çağıran kanadalı fiqurlu konkisürən Meqan Dühamelin sözlərinə münasibət bildirib.

    Dühamel daha əvvəl Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rusların və belarusların yarışa buraxılması səbəbindən Oyunların mümkün boykot edilməsi ilə bağlı bəyanatını dəstəkləyib.

    "Bunu kim dedi? Megan Duhamel? Soyadını soruşsam, fikrinin nə qədər önəmli olduğunu anlayarsan. Bəlkə də özünü göstərmək və xatırlatmaq üçün deyib.

    Fiqurlu konkisürməni daha yaxşı öyrənsin.
    Azadmedia.az xatırladır ki, 2023-cü il yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarının beynəlxalq yarışlarda neytral statusda iştirakına icazə verilməsi imkanını nəzərdən keçirdiyini açıqlamışdı.

    Bundan əvvəl biatlon üzrə ikiqat olimpiya çempionu Dmitri Vasilyev Meqan Dühamelə “ağzını açmamağı” tövsiyə etmişdi. Qazeta.ru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR