Milli Məclisdə 6 yer boş qalıb
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla əksər dövlət qurumlarına rəhbər təyin edilib. Prezidentin komandasında yer verdiyi şəxslərin arasında deputatlar da var.
Nazirlər Kabinetinin yeni tərkibində yer alan millət vəkillərinin siyahısını təqdim edir:
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov.
Bu deputatlara hökumətdə vəzifə verildiyindən, yaxın vaxtlarda deputat fəaliyyətlərinə də xitam veriləcək. Beləliklə, Milli Məclisə daha 4 yer boşalmış olacaq.
Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra, onun deputat fəaliyyətinə xitam verilib.
Milli Məclisin deputatı Astan Şahverdiyev isə bir neçə gün əvvəl vəfat edib. Bu səbəbdən, Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur.