Donetsk Xalq Respublikasının (DXR) güc strukturlarının nümayəndəsi TASS-a bildirib ki, Mariupolun köhnə aeroportu yaxınlığında bir neçə partlayış baş verib.
“Mariupolun cənub-qərb hissəsində köhnə aeroportun yaxınlığında bir neçə partlayış baş verib. Səbəb və nəticələr dəqiqləşdirilir”, - deyə agentliyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
"İzvestiya"nın şəhər administrasiyasındakı mənbəsi partlayışların Mariupolun kənarında baş verdiyini, hava hücumundan müdafiə sisteminin işlədiyini bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.