Səfirlər Türkiyəni təhdid etdi — “Hərbi gücdən istifadə edərik”
Kiprin Yunan hissəsində keçirilən “Xarici Yunanlar Konfransı”da ABŞ, İsrail və Misir səfirləri iştirak edib.
Bu barədə NTV kanalı məlumat yayıb.
Tədbirdə iştirak edən İsrail səfiri Aammy Ravel yunanların tərktərəfli təbii qaz axtarışlarına qarşı olan Türkiyənin hərəkətlərini tənqid edib. O, “Türk təhdidləri səbəbiylə İsrailin hərbi müdaxilə etmək məcburiyyətində qalmamasını arzu edirəm”,- deyə bildirib.
Misir səfiri Mai Taha Muhammed isə lazım gələcəyi təqdirdə Türkiyəyə qarşı hərbi gücdən istifadə etməkdən çəkinməyəcəklərini vurğulayıb.
ABŞ səfiri Cathleen Doherty Türkiyənin Yunan Kiprinə qarşı mövqeyinin qəbul edilməz olduğunu söyləyib.