AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi təqdim edilib

  • + A
  • - A
  • 1-11-2024, 19:28

    Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi təqdim edilib

    Bugün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin icra etdiyi “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsi təqdim edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra ictimai birliyin sədri Etibar Məmmədov bildirib ki, layihə çərçivəsində hazırlanan “Gələcəyə qarşı cinayət” adlı çarx hazırda Ermənistan respublikasının yerləşdiyi tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus qəbirstanlıqların sistematik və məqsədyönlü şəkildə məhv edilməsindən bəhs edir. O deyib ki, qəbirstanlıqların dağıdılması keçmişlə gələcək arasında mənəvi bağların qırılması, keçmiş və gələcək nəsillər arasında əlaqələri silmək deməkdir. Bu isə, təbii ki, insanlığa, bəşəriyyətə qarşı cinayətdir. Çarxın nümayişi keçirildi.

    Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev tədbirdə iştirak edən müəllim-şagird heyətinə bildirdi ki, “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” kimi mövzu olduqca aktualdır. O, vurğulayıb ki, bu, çox ağır və eyni zamanda siyasi erməniliyin əsl üzünü ifşa etməklə bərabər Qərbi Azərbaycana qayıdışın ilkin və bariz əlamətlərindən biridir. Pərviz Həmzəyev xüsusilə qeyd edib ki, “Gələcəyə qarşı cinayət” çarxı ölkə Prezidentinin əsasını qoyduğu ideoloji xəttə tam xidmət edir.

    Peşə Təhsil Mərkəzinin kitabxanasının müdiri Sədaqət Tanrıverdiyeva Qərbi Azərbaycanın Vedibasar mahalındandır. Sədaqət xanım doğma yurdda yəşədığı illərlə bağlı xatirələrini danışdı, babaları, nənələri və əmilərinin qəbirlərinin ermənilər tərəfindən yerlə-yeksan edildiyini bildirdi. Bununla belə o, azərbaycanlıların mütləq öz torpaqlarına qayıdacağına inandığını vurğuladı.

    Peşə Təhsil Mərkəzinin müəllimi, kinorejissor Elşən Zeynallı Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqları da daxil olmaqla, bütün maddi-mədəni abidələrin məhv olunmasına dair ekran əsərlərinin yaradılmasının və bunların beynəlxalq aləmdə yayılmasının vacibliyini vurğuladı. Azərbaycan Prezidentinin “biz Qərbi Azərbaycana tanklarda deyil, maşınlarımızda qayıdacağıq” sözlərini təkrarlayan Elşən Zeynallı qeyd etdi ki, həmin günlər elə də uzaqda deyil və o məqamı yaxınlaşdırmaq üçün hamı bir nəfər kimi eyni amal uğrunda çalışmalıdır.
    Peşə Təhsil Mərkəzinin müəllimi Sənubər İbrahimova “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsinin və onun çərçivəsində hazırlanmış “Gələcəyə qarşı cinayət” çarxının çox vacib olduğunu və bundan sonra da bu səpkidə videomaterialların yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini dilə gətirdi.

    Tədbir “Gələcəyə qarşı cinayət” çarxı ətrafında müzakirələrlə davam etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR