Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Bu barədə Hərbi Prokurorluqdan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
*** 18:02
Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi barəsində məhkəmə qərarı elan olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, polkovnik-leytenant Ramil İbrahimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
*** 16:44
Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.
Polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.
Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.
Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.