Yaman ağır gün oldu,
Dekabrın bu günü.
Neçə oğul,neçə qız,
Bada verdi ömrünü.
Təyyarə qəzasıyla Endirildi bayraqlar…
Neçə ömür puç oldu,
Yarım qaldı həyatlar…
“Kəmərləri bağlayın!”
Höküməmiz çağırdı.
Hər şey yaxşı olacaq…
Təhlükələr dağıldı…
Hökümə sayəsində
Neçələri sağ qaldı…
İnsanlar xilas oldu,
O, Göylərə ucaldı…
Burla xatun qeyrətli,
Dəyanətli el qızı.
Qəlbimizdə taxt qurdun,
Parlayan Dan Ulduzu…
Rəhmətlə anacağıq,
Səni,Hökümə xanım.
Daim ürəklərdəsən,
Yüksəklərdə uçanım…
Fərid Mahmudoğlu,26.12.2024
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.