Komitə sədri: "Sosial islahatlar uğurla davam edir"
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb .Bu sərəncam bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır. Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Azad.Media.az-a açıqlamasında sərəncamin əhəmiyyətini şərh edib:
"Yanvarın 1-dən bu sərəncam qüvvədədir. Artıq pensiyaçılar yanvar ayının əmək haqqını tam alıblar. Sual oluna bilər ki, bu artımı əldə etmək nə vaxt mümkün olacaq?! Mart ayında fevral ayının əmək haqqını əlavə artımla birgə normal qaydada ala biləcəklər. Bəzi kateqoriyadan olan şəxslər var ki artımlar onlara da şamil olunacaq. 2024-cu ilin dekabrında cənab prezidentin çox ciddi sərəncami oldu. Bu da əhalinin sosial rifah halının artırılması ilə bağlı idi. Həmin sərəncam 2018-ci ildən başlayan və bu günə kimi uğurla davam edən dərin sosial islahatlarin 5-ci mərhələsidir. Bu istiqamətdə bütün işlər uğurla davam etdirilir".
Musa Quliyev onu da əlavə edib ki, sədri olduğu komitədə sosial sahə ilə bağlı işlər davam edir.