"Pensiyalar Novruz bayramınadək veriləcək" - NAZİR
"Novruz bayramınadək bütün pensiyaların maliyyəşdirilməsi başa çatdırılacaq".
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir qeyd edib ki, bununla əlaqədar bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə bu barədə müzakirələr aparılıb: "Hazırda vəsaitlərin artırılması istiqamətində tədbirlər görülür və buna uyğun olaraq çalışacağıq ki, Novruz bayramına qədər pensiyalar hesablara köçürülsün".