AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Facebook" istifadəçiləri "Unibank"ı öz səhifəsində topa tutdular - Şəhid ailəsininin məhkəməyə verilməsi kütləvi qəzəbə səbəb oldu

  • + A
  • - A
  • 24-03-2017, 13:40

    "Facebook" istifadəçiləri "Unibank"ı öz səhifəsində topa tutdular - Şəhid ailəsininin məhkəməyə verilməsi kütləvi qəzəbə səbəb oldu














    "Unibank"ın öz rəsmi "facebook" səhifəsində qiymətləndirməni açıq elan etməsi banka baha başa gəldi.

    Ötən gün "facebook"un şirkətlərlə bağlı yaratdığı qiymətləndirmə mexanizmi sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. "Ali və Nino" mağazalar şəbəkəsi və "Unibank"ın istehlakçılar üçün açıq elan etdiyi qiymətləndirmə sistemi hər iki marka üçün ağır nəticələnib. Nigar Köçərlinin rəhbərlik etdiyi kitab mağazası tənqidlərə açıq olduğunu göstərərək bu saata qədər bu xidməti istehlakçılar üçün açıq saxlayıb.

    Ancaq digər adını çəkdiyimiz marka - "Unibank"la bağlı davamlı gələn şikayətlər və istifadəçilərin total şəkildə banka 5 ulduzlu qiymətləndirmədə 1 ulduz verməsi bankı geri addım atmağa məcbur edib.

    Kütləvi rəylərin və aşağı qiymətləndirmənin nəticəsində sosial şəbəkədəki reytinqi aşağı düşən bank rəsmiləri bu qiymətləndirməni saxlamaq məcburiyyətində qalıb. Nəticədə bir neçə saat ərzində "facebook" səhifəsinin reytinqi 3.6-dan 2.5-ə qədər enib.

    Bankla bağlı etirazlara səbəb olan təkcə kreditlərin dollarla alınması və ya bank əməkdaşlarının hədə-qorxu ilə vətəndaşlarla danışması olmayıb. Həm də "Unibank"ın şəhid ailəsinin gecikdirdiyi borca görə məhkəməyə verməsi kütləvi etiraza səbəb olub.

    Şəhid ailəsi tərəfindən mətbuata ünvanlanan şikayət məktubunda bildirilmişdi ki, Masallı rayon Bambaşı kəndindən olan 1990-cı il təvəllüdlü gizir Məlikov Aqil Qismət oğlu 2016-cı il noyabrın 15-də cəbhənin Füzuli istiqamətində xidməti vəzifəsini yerinə yetirərəkən şəhid olub.

    Şəhidin qardaşı 2016-ci ilin mart ayında Unibank "Lənkəran" filialından anasının müalicəsi üçün 24 ay müddətinə 5000 (Beş min) ABŞ dolları kredit götürüb. Hər ay vaxtinda ödəmə olunub.

    2016-cı ildə aprel ayında ön cəbhədə gedən döyüşlər zamanı ana güclü stress, həyəcan keçirərək, beyninə qansızmasından vəfat edib. Buna baxmayaraq banka kredit ödənişi davam edib .

    Şəhidin qardaşı Məlikov Ədalət qeyd edir ki, dolların bahalaşması səbəbi ilə faizlər qalxmağa başlayıb. Amma yenə də vaxtında ödəniş edilib. "Lakin atam xəstə düşdüyündən artıq tək çalışan mənəm. "Unibank"ın Lənkəran filialına müraciət etdim ki, bir az mənə vaxt versin və aylıq ödəniş faizini mümkün qədər azaltsın. Bir ildə iki yasımız düşüb, həm anamı itirdim, həm də qardaşım qəhrəmancasına şəhid olub. Atam xəstədir, işləmir. Bütün yük üstümdədi. Evliyəm, övladım var, ailəni mən saxlayıram . Özüm də ali təhsilliyəm, Masallı rayonunda məktəbdə işləyirəm . Əmək haqqım cəmi 200 Azn-dir. Başqa yerdən gəlirim yoxdur. Lakin bank nəzərə almayaraq heç nə edə bilmərik deyib, məni məhkəyə verdi.

    Bank isə açıqlamasında borcun silindiyini iddia edir.


    "Facebook" istifadəçiləri "Unibank"ı öz səhifəsində topa tutdular - Şəhid ailəsininin məhkəməyə verilməsi kütləvi qəzəbə səbəb oldu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR