AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əminin qardaşı qızını qaçırması zinadır” - Hacı Şahin

  • + A
  • - A
  • 5-04-2017, 12:49

    “Əminin qardaşı qızını qaçırması zinadır” - Hacı Şahin
















    Gəncədə 38 yaşlı Həsən Səfərovun öz qardaşı qızını qaçırıb onunla dini kəbin kəsdirməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

    “Qaynar” məsələyə dini baxımdan aydınlıq gətirmək üçün “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə müraciət edib.

    Ş.Həsənli bildirib ki, əminin qardaşı qızını qaçırması zinadır: “Bu, dinimizdə qeyri-qanunu cinsi münasibət, yəni zina hesab olunur. Zinanın ən ağır növlərindən biri ərli qadınlarla zina etməkdir. Digər tərəfdən insan üçün məhrəm kateqoriyasına aid edilən insanlar var. Əmi ilə qardaşın qızı biri-birinə məhrəm sayılır. Onlar arasında cinsi münasibət qətiyyətlə qadağan edilir. Bu, böyük bir günahdır, onların evli olması isə ayrıca bir günahdır. Din belə bir münasibəti kökündən qanunsuz hesab edir və bu münasibətin qurulması düzgün deyil. Bu adamlara dini kəbin oxuna bilməz. Əgər oxunarsa, onun heç bir legitimliyi olmur, batil kəbindir”.

    Ş.Həsənli batil kəbini oxuyan din xadiminin cəzasının axirətdə veriləcəyini bildirib: “Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunsun. İdarəyə aidiyytaı olmayan adamlar bəzən kəbini düzgün oxumurlar. Bu hadisə ilə bağlı kəbin oxumaq günaha şərik olmaqdır. Şəriət qanunsuz dini kəbin oxumağı qadağan edir, amma bunun üçün hər hansı cəza yoxdur. O şəxslər öz cəzasını axirətdə alacaqlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR