AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır

  • + A
  • - A
  • 8-10-2019, 10:57

    Zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır


    Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Kolanı kəndində əhali ilə görüş keçirmişdir

    Zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır


    Zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır
    Zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır
    Zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır


    Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Salyan rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Onu da deyək ki, abadlıq işləri çərçivəsində şəhərin Dövlət Bayrağı meydanında, “20 yanvar” abidə kompleksində, “31 mart dünya azərbaycanlılarının soyqırımı” abidə kompleksində, “1941-45-ci il Böyük Vətən Müharibəsi” abidə komplekslərinin ətrafında xeyli işlər görülmüş, şəhər daxilindəki mağazaların və digər sosial obyektlərin, binaların, fərdi evlərin fasadları və hasarları yenidən qurulmuş, onlar ağ lay daş ilə üzlənmişdir. Şəhərin bütün bina və küçələrində də işıqlandırma sistemi yenidən qurulmuşdur. Ümumiyyətlə şəhər ərazisində 300-ə yaxın müasir işıqlanma dirəyi quraşdırılmışdır. Eyni zamanda rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar (palma, Eldar şamı, sərv, küknar) təşkil etmişdir. Salyanın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Salyan Rayon İcra başçısı Sevindik Hətəmovun əməyi böyükdür. Sevindik müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

    Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Salyan rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Belə ki, rayonda ekoturizmin inkişaf etdirilməsi üçün Şirvan Milli Parkı, Şır-şır bulağı, İstisu, palçıq vulkanları, Qızılqaz gölü kimi turizim obyektləri var. Salyan ərazisində mövcud olan palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün də böyük imkanlar yaradır. Bu da Salyanın regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Salyan inamla gələcəyə doğru addımlayır

    Doğrudan da Salyan regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayona gələn gündən İH başçısı Sevindik Hətəmovun əməyi böyükdür. Əminik ki, Salyan bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Salyanın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR