Münsiflər qiymətləndirir, Tağı Əhmədov telefonla "oynayır" - Fotolar
VI "Muğam Televiziya Müsabiqəsi-2017"nin növbəti turu keçirilib
Ölkə.az xəbər verir ki, bu tur da ifaçıların rəngarəng çıxışlarıyla yadda qalıb. Münsiflər ən maraqlı çıxış kimi Almaxanım Əhmədlinin ifasını qiymətləndiriblər.
Muğam gecəsində bir sıra tanınmış şəxslər, o cümlədən Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov da iştirak edib. Hər zaman mətbuatın diqqət mərkəzində olan keçmiş rəis bu dəfə də ənənəsinə sadiq qalıb.
Belə ki, o, münsiflərin iştirakçıların çıxışlarını dəyərləndirdiyi məqamlarda mobil telefonunun "qayğısına qalıb".