AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat olmaq istəyənlər seçiciləri heyrətə salırlar – HƏR İKİ MƏNADA

  • + A
  • - A
  • 14-01-2020, 11:15

    Deputat olmaq istəyənlər seçiciləri heyrətə salırlar – HƏR İKİ MƏNADA


    “Namizədlərdən heç birini görməmişəm, gələn olsa da, imzamı verməyəcəm”

    Növbədənkənar parlament seçkilərinin imzatoplama mərhələsi başa çatmaq üzrədir və artıq təşviqat kampaniyası başlayacaq. Xeyli sayda vətəndaş öz namizədliyini irəli sürmək üçün imza toplayaraq dairə seçki komissiyalarına təqdim edib.

    Bəs bu imzalar necə toplanıb? Namizədlər, yaxud onların nümayəndələri vətəndaşların qapısını namizədlər döyərək imza istəyiblər? AYNA suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib:

    Şahin Xəlilov: “Gəlib-gedən yoxdur”.

    Dilqəm Əhməd: “Namizədlərin kimlər olduqlarını belə, bilmirəm”.

    Amin Nəzərli: “Qətiyyən. Heç tanımıram kimlərdir”.

    Arzu Umut: “Namizədlərdən heç birini görməmişəm. Gələn olsa da, imzamı verməyəcəm. Tanımıram, niyə onlara imza verməliyəm ki?!”

    Rauf Qərib: “İmza toplama prosesində şəxsən iştirak etmişəm və dəhşətli faktlarla qarşılaşmışam. Vətəndaşlar əvvəlki millət vəkillərini tanımırlar. İnsanlar təəccüblənirlər ki, namizədin özü qapı-qapı düşüb imza toplayır, vətəndaşlarla şəxsən maraqlanır. Keçmiş millət vəkillərinin adlarını bilən də yoxdur”.

    Qasım Süleymanov: “Nəinki qapını döyən olmayıb, heç məhlədən keçən namizəd görməmişəm”.

    Rauf Babayev: “Bizim qapıya heç bir namizəd gəlməyib, gəlsələr də, xeyri yoxdur. Heç kimə inam yoxdur, kimə inanasan ki?! Bizim dairədən bir namizəd 3 dəfə seçilib. Nə olsun? Dairəmiz üçün nə edib ki ?! Ciblərini doldurublar”.

    İsmayıl Əhməd: “Nə namizədlərdən xəbərimiz olur, nə də seçilənlərdən. Seçkilərdə də evin sağlam ailə üzvlərinə yox, dünyasını dəyişənlərin adlarına bülleten gəlir”.

    Ülviyyə Quliyeva: “Mənə heç seçici vərəqi də gəlmir. Bir sözlə, məni sayan yoxdur”.

    Ruslan Eldaroğlu: “Bizim kənddə bir nəfər namizədin əvəzinə düşüb qabağa, şəxsiyyət vəsiqələrinin şəkilini çəkib, gedib”.

    Elyar Həsənov: “Hə, bizə gəlib imza istədilər. Namizədi tanımadığım üçün imza vermədim”.

    Aysel Aslan: “Bəli. Özü də gecə vaxtı imzamızı almağa gəlmişdilər. Müxalifət nümayəndələrindən biri üçün imza toplayırdılar. Amma bizim qeydiyyat rayonda olduğu və Bakıda kirayədə yaşadığımız üçün imza vermədik”.

    Tahir Eynullayev: “Bizə də gəlib imza istəyən namizəd olmayıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR