Fuad Hacıyev: Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır
Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
Sizin bizim məzun, hazırkı və ya gələcək tələbə, bəlkə də bizim sıralara qoşulmaq istəyən və ya artıq bizimlə çalışan müəllim, ya da təsadüfi oxucu olmağınızdan asılı olmayaraq, Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının səhifəsində salamlamağa çox şadam. 1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son illərdə ikinci baharını yaşayır və burada yeni tarix yazılır. Bu tarixi bizimlə yazmağa Sizi də dəvət edirik.
Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.
Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.
Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.
Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı, ictimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 87 illik tarixi var.
Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzvlükdür. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Hazırda akademiya bir neçə xarici universitetlərlə əməkdaşlıq edir. Onların arasında Türkiyə Cümhuriyyətinin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti və s. vardır.
Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur.
Son dövrlərdə ölkəmizdə bütün sahələrdə baş verən dəyişikliklər 87 illik tarixə malik Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldırmışdır. Ümumiyyətlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin bu akademiyanın inkişafındakı fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilmişdir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olunmasıdır. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilmişdir. Dərsə davamiyyətə nəzarət avtomatlaşdırılmış nəzarət sistemi olan işıqfor proqramı yaradılmış, tələbələrə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan "Elektron dekanlıq” layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi Şurasından tutmuş fakültələrin ictimai təşkilatları da daxil olmaqla bütün seçimli orqanlarda iştirak edirlər. İnanırıq ki, 87 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə ali təhsil sisteminin flaqmanlarından biri kimi, bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcəkdir.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR