Qağaməli Seyfullayev: Bu gün isə qaz ölkəsi kimi tanınır - ÖZƏL
“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev - "Neftqaztikinti" tresti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə "Azərdənizneftinşaat" (1949-cu ildə təsis edilmişdir) və "Xəzərdənizneftqaztikinti" (1979-cu ildə təsis edilmişdir) trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir.
Dünya praktikasında ilk dəfə açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin "Neft Daşları" rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə trest tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılmış, ümumi sahəsi 8 hektar olan süni ada salınmış, estakada və meydançaların tikintisinə başlanılmışdır.
"“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var
Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm.
Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr vermişlər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni, biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR