AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - Siyahı

  • + A
  • - A
  • 20-05-2017, 11:29

    Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - Siyahı

















    Bu il müxtəlif səbəblərdən özəl ali məktəblər təhsil haqlarını endirib. Lakin bu endirim bütün ixtisaslara aid deyil

    Görəsən özəl ali məktəblər təhsil haqlarını hansı ixtisaslar üzrə və nə qədər endiriblər?

    Modern.az saytı bununla bağlı bir neçə özəl ali məktəblə əlaqə saxlayıb.

    “Azərbaycan” Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı bildirib ki, bu il universitetdə 14 ixtisas üzrə qəbul aparılacaq.

    “Bunlardan yalnız II qrup üzrə dörd ixtisasımızda təhsil ödənişi aşağı salınıb. Beləki, təhsil haqqı 3000 manatdan 2500 manata qədər düşüb. Digər 10 ixtisasda isə qiymətlər eyni qalır. Qeyd edilən dörd ixtisas dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, menecment və marketinqdir. Təhsil haqlarının bu ildən endirilməsinin səbəbi isə qəbul statistikasının aşağı olması və bunu nəzərə alaraq təhsilin stimullaşdırılmasıdır”.

    Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə bu il təhsil haqları ixtisasdan asılı olaraq 300-400 manata qədər endirilib:

    “Ötən il digər özəl universitetlərə nisbətən bizdə təhsil haqqı aşağı, yəni 2000 manat idi. Nəticə olaraq həmin vaxt universitetimiz qəbulda tələbə baxımından korluq çəkmədi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın açıqladığı siyahıda yerlərimizin 55-56 faizi dolmuşdu. Elə universitetlər var idi ki, bu göstəricilər 11-30 faiz arasında dəyişirdi. Ötən il biz tələbələrin yer sayına görə Qafqaz Universitetindən sonra ikinci yerdə olduq.

    Bu il isə ixtisasdan asılı olaraq təhsil haqqını 300-400 manat arası aşağı salmağı qərarlaşdırdıq. Bir qayda olaraq bu il ixtisaslarımızın ödənişləri 1600-1700 manat təşkil edəcək”.

    Şəfayət Əliyev həmin ixtisaslardan və ödəniş haqlarından da söz açıb:

    “Bu ixtisasların ödəniş haqları belədir: Filologiya və Azərbaycan dili-1700 manat, Filologiya və türk dili ədəbiyyatı- 1600 manat, Filologiya və ingilis dili ədəbiyyatı-1700 manat, tərcümə (ingilis dili)- 1700 manat, tərcümə (alman dili)-1600 manat, tərcümə (fransız dili)- 1600 manat, tərcümə (ərəb dili)- 1600 manat.
    Regionşünaslıq ixtisasında ABŞ və Kanadadan başqa bütün ölkələr üzrə - Avropa ölkələri, Yaxın və Şərq ölkələri - 1600 manatdır.
    Bu ildən riyaziyyat-1600 manat, iqtisadiyyat isə -1700 manat olacaq.

    Bu endirimlərin səbəbi ötən il ödənişli ali təhsil müəssisələrində boş qalan yerlərlə bağlıdır. Beləki, tələbələr keçid balını yığsalar da, maliyyə vəziyyətindən asılı olaraq seçim edə bilmədilər. Yəni keçid balını yığanlar kənarda qaldılar. Bunu nəzərə alaraq hesab etdik ki, təhsil haqlarını aşağı salsaq, az təminatlı tələbələr, rayonlardan gələnlər maliyyə cəhətdən çətinlik çəkməsinlər”.

    Qərb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov bu il universitetdə yeni ixtisasların olduğunu və təhsil haqlarının endirildiyini bildirib:

    “Bu il universitetimizdə ödəniş haqları bütün ixtisaslar üzrə aşağı endirilib. Hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Ən əsası bu ildən yeni ixtisaslar fəaliyyətə başlayır. İxtisasların sayı 36-ya çatdırılıb. Halbuki, ötən il ixtisaslarımızın sayı təxminən bunun yarısı qədər idi.

    Bütün bunlar qəbul planının daha yüksək olacağını deməyə əsas verir. Bu da imkan verir ki, təhsil haqları aşağı salınsın. Bu prosesə universitetin Qəyyumlar Şurası da dəstək verir. Əsas hədəfimiz Qərb Universitetini təkcə ölkədə deyil, yerləşdiyimiz regionda aparıcı universitetə çevirməkdir. Qeyd edim ki, artıq təhsil haqları 1500-2000 manat arasında dəyişir”.

    Bakı Qızlar Universitetindən verilən məlumata görə, universitet bəzi ixtisaslar üzrə təhsil haqlarını azaltmağı düşünsə də, hələ ki bununla bağlı dəqiq məlumat yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR