AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əsədov sığortasız qalan fermerlərə necə ziyan vurur? - Araşdırma

  • + A
  • - A
  • 10-06-2017, 11:23

    Heydər Əsədov sığortasız qalan fermerlərə necə ziyan vurur? - Araşdırma

















    Son zamanlar baş verən təbiət hadisələri nəticəsində kənd təsərrüfatına dəyən zərər bu sahənin sığortalanmasını bir daha aktuallaşdırır

    Uzun müddətdir hökumət bu istiqamətdə problemlərin tezliklə aradan qaldırılacağını, yeni təkliflər, sənədlər hazırlanacağını vəd etsə də bu məsələdə hələ bir yenilik yoxdur.

    Bunu aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Feysbuk səhifəsində qeyd edib.

    Onun sözlərinə görə, məsələ uzandıqca fermerlərin, kəndlilərin sığorta şirkətlərinə inamı azalır. Həm də Azərbaycanda reallıq budur ki, kim güclüdür, o da qalib gəlir.

    Burada söhbət maliyyə gücündən, hüquqi institutların xidmətindən yararlanmaq üstünlüyündən, qeyri formal statusdan gedir.

    Azərbaycan fermerlərinin maliyyə durumu, hüquqi, iqtisadi bilgisi zəifdir, tərəflər arasında yaranan mübahisəli məsələ məhkəmə müstəvisinə çıxarılarsa, onlar haqlı olduqlarını sübuta yetirə bilməyəcəklər.

    Qanunlar isə mücərrəddir. Azərbaycanda qanun və qaydalar, sığorta şirkətinin və fermerlərin hüquqi vəzifələri, tərəflərin öhdəlikləri tam aydın şəkildə yenidən işlənməlidir. Ölkənin müxtəlif bölgələrinə düşən dolu, yağış kənd təsərrüfatına müəyyən qədər ziyan vurub.

    Nəticədə bir sıra yerlərdə fermerlərin, kəndlilərin əkdikləri məhsulun böyük hissəsi məhv olub. Adətən məhv olan məhsulun sığortalanması fonunda dəymiş zərərin müəyyən hissəsi sığorta şirkətləri tərəfindən kompensasiya edilir.

    Bu fonda da fermer təbii fəlakət nəticəsində dəymiş ziyanın müəyyən hissəsini geri qaytarır. Lakin məsələ ondadır ki, Azərbaycanda hələ də fermerlər, sahibkarlar təsərrüfat və məhsullarının sığortalanması işinə böyük önəm vermir.

    Ulus.Az-ın xəbərinə görə, bu məsələdə nazirliyin də laqeydliyi var və fermerlər zərbə altımda qalırlar. Dünyanın aparıcı ölkələrində fermer təsərrüfatları yaranan kimi orada hər şey sığortalanır.

    Azərbaycana damazlıq heyvanlar gətirilir ki, onun da sığortalanmasını yalnız 2-3 il müddətinə "Aqrolizinq" həyata keçirir. Lakin sığortalanma daimi olmalıdır ki, təsərrüfata ziyan dəyəndə dövlət tərəfindən onlara yardımlar olsun.

    Fermerlərin təsərrüfatlarını sığortalamağa ciddi yanaşmamasında Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin müvafiq şöbələri qınanılmalıdır.

    Çünki onlar yerlərdə kəndlilər arasında lazımı izahat işləri aparmır, sığortanın əhəmiyyəti, fermerə xeyir verəcəyi kəndliyə başa salınmır.

    Təbii haldır ki, hər bir yenilik və yeni texnologiyalar kəndliyə nisbətən gec gəlib çatır. Bu problemin aradan qaldırılması üçün də kəndlilərlə iş aparılmalıdır.

    Amma gərəkdir ki, onlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iş vaxtlarının böyük hissəsini kəndlərdə olaraq fermerlər arasında təbliğat işi aparsınlar. Yəni, həmin mütəxəssislərin əsas iş yerləri məhz kəndlər olmalıdır.

    Nə qədər ki, izahat işləri aparılmayıb, sığortanın əhəmiyyəti başa salınmayıb, kəndli ona getməyəcək. Amma gedərsə, xeyrini də görəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR