Məlum 26 fevral mətbuat konfransında xarici jurnalistlərin ünvanlandırdığı əsas suallardan biri də azad edilmiş ərazilərdə,xüsusən də hazırda Rusiya sülhməramlıların məsuliyyət dairəsində olan ərazilərə köçkünlər qayıtdıqdan sonra birgə yaşayış prinsipləri və ümumiyyətlə bunun mümkün olub-olmayacağı haqqında olmuşdur.
Bu səpkidə sualları cavablandırarkən cənab Prezident bildirmişdir ki,Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər vardır.Azərbaycanda minlərlə erməni yaşayır.Bizim erməni xalqı ilə birgə yaşayışımızın böyük tarixi vardır.Hazırda Gürcüstan,Rusiya və digər ölkələrdə azərbaycanlılar və ermənilər birgə yaşayırlar.Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayır və heç vaxt dini,milli zəmində qarşıdurma olmamışdır.
Qarabağda yaşayan ermənilərin də azərbaycan vətəndaşı olduğunu bildirən cənab Prezident Azərbaycanda yaşayan digər xalqlar kimi onların da hər cür hüquq və imtiyazlarının olacağını qeyd etmişdir.Hələ sovetlər dövründə o bölgədə erməni dilində qəzetlər dərc edilib.Onlar indi də öz aralarında erməni dilində danışa bilərlər.
Daha sonra ilham Əliyev cənabları əsas prioritetin davamlı sülhə nail olunması olduğunu,düşmənciliyin sonlandırılmasının vacibliyini və imzalanmış bəyanata sadiqlik nümayiş etdirilməklə regionda sülhün təmin olunacağını bildirmişdir.Bölgədə davamlı sülhün bərqərar olması, Azərbaycan,Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası,Zəngəzur dəhlizinin açılması yeni iqtisadi imkanlar yaradacaq ki,Ermənistan da bundan bəhrələnəcəkdir.
Müharibədn cəmi 4 ay keçməsinə baxmayaraq artıq dövlət rəsmiləri arasında təmaslar qurulur,görüşlər keçirilir.Görüşlərin keçirilmə formatından asılı olmayaraq bu proseslər gedir və müsbət istiqamətdədir.
Cənab Prezident azərbaycan xalqının Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə inteqrasiyanın istənilən formasına hazır olduğunu,Xankəndinin və erməni əhalinin yaşadığı digər Azərbaycan torpaqlarında da inteqrasiyanın labüdlüyünü vurğulamışdır.
Göyçay RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Rəşad Şükürov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.