Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu il dönümü günü təşkil olunan konfransda cənab Prezident 35 mediya mənsubunun 50 dək sulalını 4 saat ərzində ətraflı cavablandırmışdır.Suallar müxtəlif səpkidə olmuş və əsasəndə Dağlıq Qarabağ münaqişəsi,44 günlük Vətən müharibəsi,müharibə və postmüharibə dövrü,eləcə də COVİD-19 pandemiyası ilə bağlı olmuşdur.
Hələ Vətən müharibəsi dövründə cənab Prezident yerli və xüsusəndə xarici jurnalistlərə 30-dək müsahibə vermiş və Qarabağ həqiqətləri,Azərbaycan xalqının 30 ildən artıq işğal altında olan,beynəlxalq hüquq çərçivəsində dünya dövlətləri tərəfindən tanınan ərazilərinin azad edilməsi uğrunda mübarizə apardığını onların diqqətinə çatdırmışdır.
Məlum konfransda da cənab Prezident ilk olaraq
Xocalı soyqırımı,bu soyqırım timsalında erməni vandalizmi və soyqırımın dünyada tanıdılması istiqamətində aparılan işlər barədə məlumat vermişdir.
Dağlıq Qarabağ münaqişəsilə bağlı jurnalistlərin verdiyi suallları cavablandırarkən cənab Prezident bu münaqişənin artıq bitdiyini və 10 noyabr bəyanatının da bunu təsdiqlədiyini bildirdi.ATƏT-in Minsk qrupunun 30 ildir sülh danışıqları ilə bağlı apardığı vasitəçilik missiyasının bir nəticə vermədiyini,münaqişənin həllinin hərb variantının gündəmə gətirdiyini bildirdi.Qarabağın aranlı-dağlı əzəli Azərbaycan torpağı olduğunu,ermənilərin ora 19-cu əsrdə köçürüldüyünü və statusun yerinin,taleyinin əvvəlki çıxışlarında necə olacağını bildirdiyini jurnalistlərin nəzərinə çatdırdı.
Azərbaycan və erməni xalqlarının birgə yaşayış məsələsilə bağlı sualı cavablandırarkən cənab Prezident bu praktikanın tarixlər boyu və hazırda da mövcud olduğunu bildirmiş,Azərbaycan ərazisində bir çox xalqların dinc və sülh şəraitində əsrlərdi yaşadığını və bu xalqlara öz dini və mədəni irsini qorumaq və icra etmək üçün hər bir şəraitin yaradıldığını vurğulamışdır.
Türkiyənin bu münaqişədə mövqeyi ilə bağlı sualları cavablandırarkən cənab Prezident qardaş ölkənin hələ münaqişənin ilk günlərindən Azərbaycanın haqq işinə dəstək verdiyini,1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra Ermənistan dövləti ilə sərhədlərini bağladığını və Azərbaycan torpaqları işğaldan azad edilməyənədək sərhədlərin açılmayacağını bəyan etdiyini bildirdi.
Azərbaycan və Türkiyə qardaş və yaxın qonşu dövlət olaraq bütün sahələrdə tərfdaşlıq və əməkdaşlıq etmiş,böyük transmilli və digər layihələrin həyata keçirilməsinə birgə imza atmış,hərbi sahədə geniş əməkdaşlıq qurmuşdur.İstər müharibəyədək,istərsə də müharibə və postmüharibə dövründə Türkiyə dövləti,dövlət rəsmiləri və xalqı daima Azərbaycan dövlətinin və xalqının yanında olmuşdur.Bu günədək icra edilən layihələrin dəyəri 10 mlrd həcmindədir və bunun artırılması nəzərdə tutlub.Mühəribədən əvvəl,müharibə dövründə və bu gün də Azərbaycan ordusunun modern silahlarla təhciz edilməsi məqsədilə Türkiyə Müdafiə sənayesi ilə bizim müvafiq qurumlar arasında müqavilələr bağlanmış və icra olunur.Türtk ordusu NATO tərkibində ən güclü 2-ci ordudur və biz də Azərbaycan ordusunu Türk ordusunun kiçik modeli kimi formalaşdırmaq fikrindəyik.Bununla bağlı hər iki ölkə orduları mütəmadi birgə təlimlər keçirir və belə təlimlərin biri də bu ilin yanvar ayında keçirilmişdir.
İşğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsində də qardaş ölkə fəallıq göstərir.Türk ordusunun 100-dək minaaxtaranları sahələrin təmizlənməsi və bizim mütəxəssislərə təlimlərin keçirilməsində iştirak edirlər.
Dağılmış şəhər və kəndlərin,infrastrukturun bərpası sahəsində də türk şirkətləri artıq fəaliyyətə başlamışdır.Fizuli-Şuşa və Göy-göl-Kəlbəcər avtomobil yollarının çəkilişinə artıq türk şirkətləri cəlb edilmişdir.
Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyəti ilə bağlı sualı cavablandırarkən də,cənab Prezident bu mərkəzin fəaliyyətinin 10 noyabr bəya natının müddəalarından irəli gəldiyini bildirmiş və qardaş ölkənin hərbiçilərinin Azərbaycanın sülhməramlıların məsuliyyət dairəsində olan ərazilərində monitorinq aparmasının da dövlətimizin maraqları çərçivəsində olduğunu bildirmişdir.
Müharibədən sonra regionda yeni şəraitin yarandığını və bunun region ölkələrinin iqtisadiyyatına böyük töhvə verəcəyini bildirmişdir.
Ümumən 4 saat ərzidə cənab Prezident Azərbaycan həqiqətləri,Azərbaycanın dünyaya inteqrasiyası,tolerantlıq prinsipləri və xalqların sülh şəraitində birgə yaşaya biləcəyi,bunun üçün də hər bir dövlətin üzərinə düşən missiyanın yerinə yetirməli olduğu barədə fikirlər səsləndirərək ölkəmizin imicinin formalaşması,dünya dövlətləri sırasında layiqli yerinin olduğu istiqamətində növbəti uğurlu İMZA atmış oldu.