AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özünə 400 minlik toy edən məmur qızı: "Lider TV-də verilişim başlayır"

  • + A
  • - A
  • 22-06-2017, 12:13

    Özünə 400 minlik toy edən məmur qızı: "Lider TV-də verilişim başlayır"

















    Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova telekanalların birində aparıcılıq edəcək.

    GoldNews.az xəbər verir ki, bu barədə bloger xanım özü məlumat verib.

    "Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən blogerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Bir müddət sonra yenidən açdım. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir.

    Bundan sonra isə artıq Lider TV-də aparıcı kimi özümü sınayacam. Bloger kimi çalışıdığım qədər sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var. İnşallah bilirəm ki, o da olacaq".

    Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürovanın toyuna 400 min xərclənməsi haqqında gəzən xəbərlər mətbuatda geniş müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR