AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər Təşkilatları Milli Şurası BMT-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb

  • + A
  • - A
  • 10-03-2021, 21:11


    Gənclər Təşkilatları Milli Şurası (NAYORA) üzv gənclər təşkilatlarını dövlət, eləcə də beynəlxalq qurumlarla əlaqələndirməyə davam edir. Bu istiqamətdə daha bir görüş 9 mart tarixində NAYORA-ya üzv təşkilatların nümayəndələri ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT-nin digər təmsilçiləri arasında baş tutub.
    Görüş zamanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai dayanıqlı inkişafa nail olmaq və BMT ilə Azərbaycan arasında yeni imzalanmış əməkdaşlıq sazişini icra etmək üçün birgə fəaliyyət imkanları barədə məlumat verib. Görüşdə daha sonra digər qonaqlar - Tarek Çeniti, Min Yuan, Yaşar Həmzəyev və Arina Myassoyed də öz fikir və təkliflərini bölüşüblər. Sonda isə iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

    Qeyd edək ki, NAYORA-nın əsas məqsədi üzv gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
    NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR