AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

  • + A
  • - A
  • 16-04-2021, 19:20



    48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Azadmedia.Az-a verilən məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

    Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

    Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR