Xəzər rayon 323 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin bir qrup valideyni Təhsil Nazirliyinin qarşısına toplaşıb.
Onların şikayəti buraxılış imtahanında iştirak edə bilməyən övladları ilə bağlıdır.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib:
“Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.