Bakıda tarixi binanın üzərində tikilən mansard sökülür.
“Qafqazinfo”nun əməkdaşları hazırda binanın yerləşdiyi Nəsimi rayonu, 28 May küçəsindədirlər.
Qeyd edək ki, sözügedən mansard 2016-cı ildə tikilib. Vətəndaşların müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu gün sökülməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, ötən gün bununla bağlı “Qafqazinfo”da xəbər verilmişdi. Memar Elçin Əliyev bildirmişdi ki, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.