AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhidlərin xatirəsi yad edildi

  • + A
  • - A
  • 28-05-2021, 22:36


    28 May - Respublika günü, Masallı şəhər 70 saylı dairənin millət vəkili Məşhur Məmmədovun köməkçiləri, AzadMedia.az xəbər portalı, Masallı rayon Təhsil Fondu, “Ümidim sənsən” Sosial İnkişafa Dəstək İctimai Birliyi ilə birgə Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad ediblər.

    Belə ki, Mirnizam Vahabov, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Ülkər Piriyeva, Nazilə Hüseynova, Fidan Abbaslı ikinci Qarabağ savaşında şəhid vermiş ailələri ziyarət ediblər. Onlar şəhid ailələrinin vəziyyətləri, problem və qayğılarıyla maraqlanıblar.

    Ziyarət əsnasında, Masallı rayonu Ağakişibəyli-Şərəfə kəndlərinin şəhidi Əbilov Nurlan Fərrux oğlunun ailələsinə baş çəkib, 40 günü mərasimində iştirak ediblər.

    AzadMedia.az xəbər verir ki, millət vəkili Məşhur Məmmədovun köməkçiləri, AzadMedia.az xəbər portalının redaktoru, Masallı rayon Təhsil Fondunun əməkdaşları, Ümidim Sənsən Sosial İctimai Birliyi həmçinin birgə qəbr üstünü ziyarət edərək şəhidin məzarı üzərində ruhuna dualar oxuyublar.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR