AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Şəhid Araz Seyfullayevin ad günü qeyd olundu

  • + A
  • - A
  • 29-05-2021, 00:13


    28 May Respublika günü bayramında Masallı şəhər 70 saylı dairənin millət vəkili Məşhur Məmmədovun kollektivi, “AzadMedia.az” xəbər portalı, Masallı rayon Təhsil Fondu, “Ümidim sənsən” Sosial İnkişafa Dəstək İctimai Birliyi birgə Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş və doğum günü bayram günü ilə eyni gündə olan Masallı rayonu şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad ediblər.

    Belə ki, Mirnizam Vahabov, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Ülkər Piriyeva, Nazilə Hüseynova, Fidan Abbaslı ikinci Qarabağ savaşında şəhid vermiş ailələri ziyarət ediblər.
    Onlar şəhid ailələrinin problem və qayğılarıyla maraqlanıblar.

    Ziyarət əsnasında, Füzuli uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuş Masallı rayonu Digah kəndinin şəhidi şəhid Seyfullayev Araz Elsevər oğlunun ailəsinə baş çəkib, şəhidin 28 May Respublika günündə ad günü mərasimində iştirak ediblər.

    Qeyd edək ki, şəhid Seyfullayev Araz Elsevər oğlunun doğum günü - 28.05.2001-ci il, şəhid olduğu tarix - 08.10.2020-ci il tarix idi.

    Şəhid Seyfullayev Arazın valideynləri ilə, eyni zamanda, onun əsgər qardaşı ilə görüşən nümayəndələr şəhid valideynlərinə bir daha səbr dilədilər. “Bu əziz 28may Respublika günü ilə şəhidin doğum gününün üst-üst düşməsini qürurla anaraq şanlı qələbəmizi borclu olduğumuz bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında, gözü yaşlı, məğrur anaya növbəti dəfə təsəlli verərək qarşınızda ehtiramla baş əyirik”-deyə, sözlərinə əlavə ediblər.

    Şəhidin ailəsi, onlara göstərilən diqqətə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Seyfullayev Arazın anası Seyfullayeva Günay oğlunun Kəlbəcər, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdiyini, onun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman
    övladlarımızla fəxr etdiyini vurğulayıb.

    AzadMedia.az-ın verdiyi məlumata görə, millət vəkili Məşhur Məmmədovun kollektivi, AzadMedia.az xəbər portalı, Masallı rayon Təhsil Fondu, Ümidim Sənsən Sosial İctimai Birliyi həmçinin birgə qəbr üstünü ziyarət edərək şəhidin məzarı üzərində ruhuna dualar oxuyublar.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR