AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır" - ÜST

  • + A
  • - A
  • 12-09-2021, 20:00

    "Yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır" - ÜST

    "Koronavirus, onun mutasiya olunmuş formaları və yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır".

    Azadmedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

    İkili doza vaksinin koronavirusa 70 faiz son qoya biləcəyini ifadə edən Klüge, yeni ştamların mövcudluğuna təsir edib-etməyəcəyinin şübhə doğurduğunu əlavə edib.

    ÜST rəsmisi hazırda sürətlə yayılmaqda olan "Delta" ştamına qarşı daha tutarlı peyvəndin hazırlanmasının zəruriliyini vurğulayıb.

    "Virusun qrip kimi uzun illər həyatımızda qala biləcəyini nəzərə alsaq, peyvənd strategiyamızı da buna uyğunlaşdırmalıyıq", - deyə Klüge əlavə edib.

    ÜST-ün regional direktorunun fikrinə görə, hökumətlər də tezliklə yeni strategiyalar təyin etməlidirlər. Əks təqdirdə, bütün dünyanı uzun müddət çətin günlər gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR