AA seriyalı taksilər hansı məmura məxsusdur?
Son günlər gündəmdə olan AA seriyalı taksilərin baş nazirin müavini Abid Şərifova məxsus olduğu bildirilir.
Bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, bu taksilərin hamısının nömrəsi 55-dir və 55 isə Şəki nömrəsidir:
“Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Yəni bəzi taksi şirkətləri gündəlik qazancı maşının pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma mənbəmiz deyib ki, bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov(və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir”.
Qəzet yazır ki, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. Bu taksi sürücülərinin hamısına maşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın ola bilərlər. Əksinə, qaydaları pozan sürücülər dərhal müəyyənləşir və onlar işdən uzaqlaşdırılır. Dövlət Yol Polisi rəsmiləri də şübhə yoxdur ki, bu taksi firmasının baş nazir müavininə aid olduğundan xəbərdardırlar.