Həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun səhhəti pisləşib.
Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.
Bildirib ki, E.Həsənovun qan təzyiqi və ürək döyüntüləri yüksəlib, həkimlər təzyiqi aşağı sala bilməyib. O, saxlanıldığı Dövlət Təhükəsizlik Xidmətinin Təcridxanasından hospitala köçürülüb:
"Azərbaycanın sabiq Baş Prokuroru və Səfiri Eldar Həsənovun səhhətinin son 20 gündə kəskin pisləşməsi səbəbindən bu həftə keçirilməsi planlaşdırılan 2 məhkəmə iclası təxirə salınmışdır. Eyni zamanda bu gün son 4 ayda 3-cü dəfə DTX-nın hərbi tibb hospitalına yerləşdirilmişdir. 67 yaşlı Eldar Həsənov bir neçə ağır xəstəliklərlə yanaşı artıq hipertoniyadan da əziyyət çəkir. Qətimkan tədbirinin dəyişdirilməsi üçün verdiyimiz vəsatətlərin sayını itirsək də, ümidlərimizi hələ də itirməmişik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.