AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu sürücülər də «öz evində» cəza çəkəcək (ŞƏRH)

  • + A
  • - A
  • 26-09-2017, 11:10

    Bu sürücülər də «öz evində» cəza çəkəcək (ŞƏRH)














    Cinayət Məcəlləsində bərpa olunan azadlığın məhdudlaşdırılması cəzası 2000-ci ildən var idi. 2011-ci ildə bu cəza ona görə ləğv edildi ki, onun çəkilməsi üçün real olaraq müəssisələr yox idi. İndi bərpa olunan cəza isə əvvəlkindən bir mühüm fərqə malikdir.

    Bu fikirləri “Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda tətbiq edilən yeni cəza növü ilə bağlı danışarkən deyib. Məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından danışan ekspert bildirib ki, qərara əsasən, məhkum olunanlar öz evlərində yaşamaqla cəza çəkəcəklər:

    "Daha əvvəlki kimi hansısa mücərrəd komendatura-filan olmayacaq. Bu məzmunda qəbul ediləcəyi təqdirdə azadlığın məhdudlaşdırılmasının təcrübədə real tətbiqi mümkün olacaq”.

    Ekspert bildirib ki, bu dəyişiklik qəza törədən bəzi sürücülərə də şamil oluna bilər:

    “Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması cəzası bərpa olunacağı təqdirdə böyük ehtimalla cinayət xarakterli qəza törədən bəzi sürücülərə də tətbiq oluna bilər. 2011-ci ilədək bu cəza zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər vurulması ilə nəticələnən qəzada təqsirli olan sürüclər üçün nəzərdə tutulmuşdu”.

    Xatırladaq ki, Prezidentin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Yeni maddədə cəza növünün mahiyyəti açıqlanır. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

    Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib və o vaxta qədər tamam başqa formatda olub.

    Dəyişikliklər layihəsi yaxın günlərdə ictimai dinləmələrdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR