AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 3-02-2022, 16:43

    Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

    Fevralın 4-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevral ayının 04-də gecə və axşam saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Naxçıvan-Şahbuz, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 m-dək məhdudlaşacaq.

    Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR