Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən ilk qatar mənzil başına çatdı
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Qazaxıstandan yola salınan ilk qatar Qarsa çatıb.
"AZTB.info" APA-aya istinadən xəbər verir ki, qatarın qarşılanması mərasimində "TCDD Taşımacılık AŞ"-nin baş direktoru Veysi Kurt iştirak edib.
Jurnalistlərə açıqlamasında V. Kurt bildirib ki, qatar 856 km uzunluğunda yolu 40 saata qət edib.
"Bir axsama olmazsa, Qarsdan Mərsinə qədər olan 258 km uzunluğunda məsafəni də 40 saata qət etməyi planlaşdırırıq", - deyə o vurğulayıb.
Baş direktorun sözlərinə görə, Qazaxıstandan yola düşən qatara 30 konteyner daxildir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub.