Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunlarda keçirilən təlimləri və hazırlıq kurslarını müsbət qiymətləndirib.
Bu barədə nazir xidməti müşavirədə bildirib.
Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah və texnikanın imkanlarının öyrənilməsi və Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar müvafiq göstərişlər verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.