AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonundan "yaşıl terror"a görə Prezidentə açıq məktub — "Rayonumuz başsız qalıb"

  • + A
  • - A
  • 18-11-2017, 12:19

    Yasamal rayonundan "yaşıl terror"a görə Prezidentə açıq məktub — "Rayonumuz başsız qalıb"













    İcra başçısı vəzifəsini müvəqqəti icra edən Səməd İslamovdan şikayətlər səngimir.
    "Ölkə.Az" saytı bu dəfə Yasamal rayonu Zahid Xəlilov küçəsi 36B binasının sakini Elvira Rəsulovanın ölkə prezidentinə ünvanladığı açıq məktubu ixtisarla təqdim edir:

    "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub.

    Hörmətli prezident!

    Mən Sizə Yasamal rayonu Zahid Xəlilov küçəsi 36B binasından yazıram. "Elite city" şirkəti tərəfindən guya ki, bizim binaların yerinə çoxmərtəbəli bina tikiləcək. Buradakı ağaclar şirkət tərəfindən sakinlərin narazılığına baxmayaraq kəsilib, məhv edilib. Bina sakinləri olaraq dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinə şikayətə getmişik. Ancaq başçını əvəz edən Səməd İslamovun qəbulunda olsaq da şikayətimiz nəticəsiz qalıb.
    16 noyabr tarixində yenə də Yasamal rayon İcra Hakimiyyətinə getdim. Saat 14:30 idi. Mənə birinci mərtəbədə qəbul şöbəsində polis bildirdi ki, bir azdan iclas başlayacaq, iclasdan sonra Səməd İslamovun qəbuluna keçə bilərsiniz. Bu an gördüm ki, yuxarıdan cavan bir xanım ağlayaraq düşür və çox deyinirdi. Həmin xanım binadan tələsik çıxıb getdi. Sonra iki kişinin bir-biri ilə söhbətinin şahidi oldum. Başa düşdüm ki, bu iki nəfər icranın işçiləridirlər. Onların söhbətlərinə qulaq şahidi oldum. Belə başa dsşdüm ki, bayaq ağlayan cavan xanım icranın işçisi olan bir qızdır. Yuxarıda davaları olub və ağlayaraq binadan çıxıb gedib. Söhbət edən iki işçi həmin xanımın Səməd İslamovla olan davalarının səbəbindən bəhs edirdilər.

    Mən gördüyüm və eşitdiyim bu mənzərənin şahidi olduqdan sonra əmin oldum ki, nəinki mənim, hətta bütün Yasamal sakinlərinin problemləri hələ uzun müddət həll olunmamış qalacaq.

    Cənab prezident, mən Yasamal sakinləri adından rayonumuza başçı təyin etməyinizi çox xahiş edirəm. Rayonumuz və sakinlərimiz sanki yiyəsiz qalıb, dərdini deməyə icra başçısı istəyir".

    Qeyd edək ki, məktubda icra başçısının şəxsi hıyatı haqqında səslənən sensasion iddialar var idi və həmin hissələri ixtisa edərək təqdim etdik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR