Daşkəsən rayonu ərazisində güclü leysan yağışları və sel suları nəticəsində Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinə tökülən qaya parçaları və palçıq kütləsinin təmizlənməsi işləri yekunlaşıb.
Qurumdan
Azadmedia.az-a verilən məlumata görə hazırda sözügedən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpası istiqamətində işlərə başlanılıb.
Xatırladaq ki, Daşkəsən rayonunda təbii fəlakət nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən yollarına ziyan dəymiş, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanmışdı.
Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olundu.
Aparılan təzirəsalınmaz tədbirlər nəticəsində Çanaxçı-Alaxançallı avtomobil yolunda dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənərək rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olundu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.