AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlikdən Yeni illə bağlı əhaliyə — XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 25-12-2017, 15:20

    Nazirlikdən Yeni illə bağlı əhaliyə — XƏBƏRDARLIQ














    Fövqəladə Hallar Nazirliyinin (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
    APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.

    Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

    - evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

    - işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

    - ağac tezalışan oyuncaqla bəzədilməməli;

    - qapalı məkanda atəşfəşanlıq edilməməlidir;



    Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

    - şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

    - şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
    - pəncərədə dəmir barmaqlıq olmamalı;

    - məkanın iki çıxışı olmalı;

    - ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

    - otağın qapıları mütləq bayıra açılmalı;

    - məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

    - şənlikdə işıq tam söndürülməməli;

    - şənliyə tezalışan materialdan paltar geyinilməməli;

    - məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.



    Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR